Partiya sədri siyasi partiyaların maliyyələşməsindən danışdı AÇIQLAMA

Partiya sədri siyasi partiyaların maliyyələşməsindən danışdı AÇIQLAMA

"Siyasi Partiyalar haqqında qanuna görə, seçkidə iştirak edib 3 faizdən çox səs qazanan siyasi partiya dövlət büdcəsindən ayrılan vəsaitlə təmin oluna bilər". Bu sözləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, yenidən millət vəkili seçilmiş Fazil Mustafa deyib. O, bəzi partiyaların, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının seçkidə iştirak etmədiyi, Müsavat partiyasının isə çəkildiyi üçün bu vəsaitdən məhrum olacağını bildirib: "Klassik Azərbaycan Xalq Cəbhəsi partiyasının isə səs faizinin nə qədər ola biləcəyini bilmirəm. Əgər 3 faizdən çox olsa, onlar da bu maliyyə vəsitəsindən yararlana biləcəklər. Vətəndaş Həmrəyliyi Partiyası bir qədər artıq maliyyə vəsaiti alacaq. Bu partiya iki deputatla təmsil olunur. Yeni Azərbaycan Partiyasından başqa, digər partiyalar bir deputat prinsipi üzrə maliyyələşmə subyekti olacaqlar".

Millət vəkili seçkidə iştirak etməyən və səs faizi aşağı ola biləcək digər partiyaların maliyyələşdirilməsi istiqamətində isə indiki vəziyyətdə heç nə gözlənilmədiyini qeyd edib. O, nə qanunvericilikdə bununla bağlı konkret müddəaların, nə də bu haqda təklifin olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə