Politoloq: “Azərbaycanlı və erməni icmalarının görüşlərinin keçirilməsi böyük uğurdur” AÇIQLAMA

Politoloq: “Azərbaycanlı və erməni icmalarının görüşlərinin keçirilməsi böyük uğurdur” AÇIQLAMA

"Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinin keçirilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri təşəbbüslərlə çıxış edirlər. Görüş baş tutarsa bunun özü böyük müvəffəqiyyətdir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

Politoloq bildirib ki, qondarma "Dağlı Qarabağ Respublikası" adı altında çıxış edən ermənilər indi birdən-birə Qarabağ icması adı altında çıxış etməyə razı olarlarsa bu Dağlıq Qarabağda Azərbaycan icmasının mövcudluğunu və hüquqi status almasını xeyli genişləndirər: "Bu da dünya ictimai rəyində hər iki icmanın bərabər hüquqa malik olduğunu təsdiqləyir. Bu isə danışıqlar prosesində formatın dəyişməsinə və hər iki tərəfin icma şəkildə iştirakına şərait yaradır. Onu da deyim ki, əgər ermənilər konstruktiv hərəkət etsələr, hər iki icma öz aralarında danışıqlar aparıb, qaçqın və məcburi köçkünlərin geriyə qaytarılması istiqamətində danışıqlar apara bilərlər. Bu da ermənilərin çox sevdiyi Dağlıq Qarabağ statusunun həlli məsələsində mühüm amillərdən birinə çevrilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə