"Namizədlər vaxt itirmədən şikayətləri təqdim etməlidirlər" MSK sədri
"Bütün beynəlxalq müşahidəçilər Azərbaycanda noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərə müsbət rəy bildirdi. Nəhayət ki, Avropa Şurası Parlament Assambleyası da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi. AŞPA-nın qiyməti mühüm əhəmiyyət kəsb edir". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
MSK sədri bildirib ki, 53 saylı Quba-Qusar Seçki Dairəsində namizədliyi qeydə alınmış Tərlan Şəfiyev səsvermə günü bu seçki dairəsində qanunvericiliyin tələblərinin pozulması barədə şikayət edib: "MSK şikayəti aidiyyatı üzrə baxılmaq üçün müvafiq dairə seçki komissiyasına (DSK) göndərilməsi barədə qərar verib".
MSK üzvü Qabil Orucov deyib ki, 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində namizədliyi qeydə alınmış Mehriban Zeynalovanın şikayəti də araşdırılması üçün müvafiq DSK-ya göndərilməlidir.
M.Pənahov əlavə edib ki, namizədlər vaxt itirmədən şikayətləri müvafiq qaydada təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB