Əli Əhmədov: "Parlament seçkiləri demokratik, ədalətli və şəffaf keçirilib"
"Milli Məclisə seçkilər demokratik, ədalətli və şəffaf keçirilib. Bunu qəti şəkildə demək mümkdür. Seçkilər Azərbaycanda parlamentin qəbul etdiyi qanunvericilik aktların uyğun keçirilib. SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov partiyanın mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Əli Əhmədov bildirib ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, səsvermədə 55 faiz vətəndaş iştirak edib: "5 il bundan əvvəl keçirilən parlament seçkilərində seçicilərin sayı 50 faizdən bir az aşağı, yəni 49,6 faiz idi. Bu il isə artıq olub. Deməli seçicilər səvermədə kifayət qədər fəal iştirak ediblər. Bütövlükdə seçkilərin gedişi və vacib hissəsi olan səsvermə ciddi qanun pozuntusu olmadan, çox xırda, nəticələrə təsir göstərməyən məqamları nəzərə almasaq sakit və normal şəraitdə keçirilib. Bu, səsvermənin yüksək səviyyədə təşkil olunmasından xəbər verir. YAP seçki kampaniyasında ən çox namizədlə iştirak edirdi. Daha dəqiq desək 117 namizəd irəli sürmüşdü. Lakin səsverməyə 115 namizədi ilə gəlib çıxıb. 2 nəfər öz namizədliyini geri götürdü. Bütün hesabalalarımız xəbər verir ki, YAP-ın seçkilərdə böyük şansları var. İnanırıq ki, namizədlərimizin böyük hissəsi seçicilərin rəğbətini qazanacaq. Azərbaycanda seçkilərin səsverməsinin gedişini izləmək üçün monitorinqlər keçirilib. Nəticələr də elan olunub. Gözləntimizin də ciddi əsasları var. Səhərə yaxın MSK tərəfindən rəsmi şəkildə məlumatlar daxil olacaq. Ümumi mənzərə MSK-nın ilkin elan etdiyi rəqəmlərlə ciddi fərqlənməyəcək. Bu mənada YAP yenə də Milli Məclisdə ən çox deputatı ilə təmsil olunan partiya olacaq. Yerli və beynəlxalq müşahidəçilərin hər məntəqədə müşahidəçiləri olub. Seçkilərin baş tutması, normal şəraitdə keçirilməsi cəmiyyətdə ictimai siyasi sabitliyin normal olmasından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və ictimi-siyasi sabitlik fonunda əldə edilmiş uğurlar vətəndaşların hakimiyyətə qarşı müsbət fikirlərin formalaşmasına səbəb olub. Belə olan halda səslərin böyük hissəsinin YAP-ın namizədlərinə verildiyini güman etmək olar və əminəm ki, bu belə də olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB