"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin noyabrın 1-də parlament seçkilərilə bağlı keçirdiyi "exit-poll" tədqiqatları normal rejimdə davam edir. Bu barədə Secki-2015.az saytına açıqlamasında mərkəzin rəhbəri İradə Yaqubova məlumat verib. O, bildirib ki, Mərkəzin təcrübəli əməkdaşları 118 dairə üzrə 1180 məntəqədə "exit-poll" tədqiqatı aparır.
"Səhər saat 8-dən bizim intervüyerlərimiz seçki məntəqələrinin çıxışında işləyirlər. Biz artıq 2 dəfə məlumat açıqlamışıq",- deyə mərkəz rəhbəri bildirib.
Onun sözlərinə görə, sorğu zamanı ciddi problem aşkarlanmayıb. Qeyd edilib ki, bu seçkiləri əvvəlkilərdən fərqləndirən digər amil isə könüllülərin çox olmasıdır.
"Exit-poll" sorğusunun nəticələri seçki başa çatdıqdan yarım saat sonra - saat 19-30-da açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB