Məntəqə sədri: "Məntəqəmizdə heç bir qanun pozuntusu qeydə alınmayıb"
"Məntəqəmizdə 1433 seçici var. Bu seçicilərin, demək olar ki böyük faizi bu saata qədər məntəqəyə gələrək səs veriblər". Bu fikirləri SİA-ya açıqlamasında 16 saylı Yasamal 2-ci seçki dairəsi 3 saylı seçki məntəqəsinin sədri Ziyavər Əhmədova bildirib.
Onun sözlərinə görə, vətəndaşlar müşahidəçilərin və veb-kameraların nəzarəti altında istədiyi namizədə səs verirlər: "Məntəqəmizdə heç bir qanun pozuntusu qeydə alınmayıb. Bir sıra partiyalardan olan müşahidəçilər bunu təsdiq edərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB