Cəbrayıl-Qubadlı seçiciləri fəallıq nümayiş etdirir

Cəbrayıl-Qubadlı seçiciləri fəallıq nümayiş etdirir

Cəbrayıl və Qubadlı rayonlarından olan məcburi köçkünlər bu gün ölkəmizdə keçirilən parlament seçkilərində yüksək fəallıq nümayiş etdirirlər. SİA-nın məlumatına görə, məntəqə üzrə 580 seçici qeydiyyatdadır. Onlar öz namizədlərinə səs vermək üçün məntəqəyə gəlir, sərbəst seçimlərini edirlər.

Qeyd edək ki, seçki dairəsi üzrə 7 namizəd deputat yeri uğrunda mübarizə aparır. Seçkilərin gedişi yerli müşahidəçilər tərəfindən də izlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə