Abdul Martin Kasru: “Azərbaycanda gördüyüm seçki şəffaflığını Banqladeşdə danışacam"”

Abdul Martin Kasru: “Azərbaycanda gördüyüm seçki şəffaflığını Banqladeşdə danışacam"”

Azərbaycanda keçirilən seçkiləri izləmək üçün bir sıra seçki məntəqələrində müşahidə aparan Banqladeş hakim partiyasının nümayəndəsi Abdul Martin Kasru SİA-ya açıqlamasında bildirib ki, müşahidə etdikləri proses olduqca ürək açandır: "Çünki insanlar xoş əhval-ruhiyyə ilə seçki məntəqlərinə gələrək namizədlərə səs verirlər. Burada müşahidə etdiklərimi mən böyük məmnunluq hissi ilə Banqladeşdə danışacam. Banqladeş parlamentinə seçkilər 300 dairə üzrə keçirilir. Bunlardan 250 nəfəri kişi, qalanı isə qadın namizədlərdir. Azərbaycanda isə tamamilə fərqlidir. İstənilən şəxs namizədliyini verə, seçilə bilər. Vətəndaşların qarşısında heç bir limit qoyulmayıb. Mən Azərbaycanda tam şəffaflıq gördüm. İnanıram ki, parlamentdə xalqın səs verdiyi namizədlər təmsil olanacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə