İCAP Təşkilatının nümayəndəsi: “Azərbaycanda demokratik seçki mühiti mövcuddur”
ATƏT İCAP Təşkilatının nümayəndəsi koreyalı Conq Yenq Yunq 29 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində olub. Conq Yenq Yunq SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda demokratik seçki mühiti mövcuddur: "Azərbaycanda seçki sisteminin üstünlüyü ondan ibarətdir ki, seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Seçicilər insanların nəzarətindən başqa həm də kamera nəzarəti altında istədiyi namizədə səs verib öz dəstəklədiyi şəxsi parlamentdə görmək istəyirlər".
O, həmçinin Azərbaycanda seçki prosesini izləməkdən məmnunluq duyduğunu ifadə edib.
Banqladeşdən olan hakim Partiyanın nümayəndəsi Abdul Maten Kasrun seçiciləri müşahidə edib və müşahidəsinin nəticəsi olaraq diqqətə çatdırıb ki, Pakistanla Azərbaycan seçki sistemi arasında həm fərqli, həm də oxşar cəhətlər var: "Azərbaycan seçki sistemi isə daha müasir və demokratik dəyərləri özündə ehtiva edir. Belə ki, şəffaf qutulara öz seçdikləri namizədlərin adlarını kağız parçasına qeyd edərək atırlar. Həm də Azərbaycanda çox partiyalılıq mövcuddur. Biz seçki blüteninə baxdıq, burada bir neçə partiyanın namizədlərinin adı var idi. Bu da onu göstərir ki, Azərbaycanda demokratik sistem mövcuddur. Həmçinin insanların, xalqın mənafeyinə uyğun seçki sistemi formalaşdırılıb".
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB