Rüfət Gülməmmədov: "14 saylı Xəzər seçki dairəsi ən fəal dairədir" YENİLƏNİB
Bu gün Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 10:00-a olan nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10:00-dək seçicilərin 667732 nəfəri səsvermədə iştirak edib.
Onun sözlərinə görə, saat 10:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 12.8 faiz təşkil edib: "Respublika üzrə 125 seçki dairəsi öz hesabatını verib. Bu da ümumilikdə hesabat verən 5547 məntəqəni əhatə edir. Seçicilərin sayı 51998658-dir".
R.Gülməmmədov bildirib ki, ən fəal seçki dairəsi 14 saylı Xəzər seçki dairəsidir ki, artıq 10683 nəfər səs verib: "B da 22,1 faiz seçici deməkdir. Ən passiv isə 30 Saylı Suraxanı Birinci Seçki Dairəsidir ki, bu da 2333 (6.3%) nəfər təşkil edir. Bundan başqa Naxçıvanda 19.3%, Bakıda 10.5, digər regionlar isə 13.12 % təşkil edir. Ölkə üzrə seçici fəallığı 12.8 faiz təşkil edir".
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB