Sumqayıt və Abşeron seçiciləri öz namizədlərini seçirlər

Sumqayıt və Abşeron seçiciləri öz namizədlərini seçirlər

Sumqayıt şəhərindəki seçki məntəqələrində Milli Məclisə seçkilərə uğurla start verilib. SİA-nın məlumatına görə, Sumqayıtdakı dörd seçki dairəsini əhatə edən 154 seçki məntəqəsində qeydə alınan 161 min 518 seçicinin sərbəst, demokratik şəraitdə səs vermələri üçün hər cür şərait yaradılıb. 38 seçki məntəqəsindəki səsvermə prosesini internet vasitəsilə onlayn izləmək mümkündür.

29 saylı tam orta məktəbdə yerləşən 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə 19 saylı seçki məntəqəsində seçkilər 5 yerli müşahidəçinin iştirakı ilə başlayıb. Siyahı üzrə 1059 seçici var. Onlardan 7-si ilk dəfə səs verir.

Abşeron rayonu üzrə 23 seçki məntəqəsində 25 min 432 seçici qeydə alınıb.

Həmçinin əlillərin seçki prosesində iştirak etmələri üçün müvafiq məntəqələrdə panduslar quraşdırılıb. Həmçinin gözdən əlil olan şəxslər üçün isə Brayl əlifbası ilə bülletenlər hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə