Respublikanın bütün seçki məntəqələrində olduğu kimi Xəzər rayonunun da məntəqələrində səhər saat 08.00 radələrində şəffaf qutular möhürlənib və parlament seçkilərinə başlanıb. Xəzər rayonunda fəaliyyət göstərən 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər Dairə Seçki Komissiyalarından (DSK) bildirilib ki, seçicilərin səsverməsi üçün lazımi şərait yaradılıb, proses normal şəkildə davam edir.
14 saylı Xəzər Dairə Seçki Komissiyasının 1 saylı məntəqəsinin sədri Elmira Cabbarovanın sözlərinə görə, məntəqə üzrə 1356 seçici qeydiyyata alınıb.
14 saylı Xəzər Dairə Seçki Komissiyasının 2 saylı məntəqəsinin sədri Eldəniz Cabbarov isə qeyd edib ki, daşınan və daşınmayan qutular möhürlənərək, seçicilərin ixtiyarına verilib: "Məntəqəmiz üzrə 1418 seçici qeydiyyata alınıb".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB