Bu gün Azərbaycanda V çağırış Milli Məclisə seçkilərdə səsvermə başlayıb. Artıq saat 07:50-də məntəqələr seçki komissiyalarının sədrləri tərəfindən açıq elan edilib və seçki qutuları möhürlənib. MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.
Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503-ü beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.
Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates Inc." təşkilatı ilə birgə "exit-poll" keçirir.
Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsverməyə star verilmədən öncə MSK sədri Məzahir Pənahov seçki prossesinə hazırlıq barədə ətraflı məlumat verib.
Azərbaycan himninin səsləndirilməsi ilə seçkilərə start verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB