21 saylı Nəsimi birinci seçki dairəsində parlament seçkiləri ilə bağlı səsvermə seçicilərin fəallığı ilə başlanıb. SİA-nın məlumatına görə, səhər saat 8.00-da bütün məntəqələr açılıb və seçicilər məntəqələrə üz tuturlar.
Dairədə 29 məntəqə fəaliyyət göstərir. Dairə üzrə seçicilərin ümumi sayı 33 min 520 nəfərdir. Seçkilərin şəffaf və demokratik keçməsi üçün 10 seçki məntəqəsində veb-kamera, həmçinin 3 məntəqədə isə pandus quraşdırılıb. 500-dən çox yerli, 15 nəfərdən çox beynəlxalq müşahidəçi seçkilərin gedişini izləyir.
Dairə üzrə 5 nəfər deputatlığa namizəd qeydə alınıb. Onlardan ikisi siyasi partiyanı təmsil edir, üçü isə müstəqil namizəddir. Məntəqələrdə səsverməni yerli müşahidəçilərlə yanaşı, MDB, Rumıniya, Türkiyə və Malayziya ölkələrindən olan müşahidəçilər də izləyirlər.
Məntəqə açılarkən ilk səs verən vətəndaş 18 yaşlı gənc Emin Seyidli olub.
21 saylı Nəsimi birinci seçki dairəsində 80 yaşından yuxarı 557 nəfər qeydiyyata alınıb, 100 yaşlı sakin yoxdur, 369 nəfər ilk dəfə səs verəcək.
Qeyd edək ki, seçki prosesinin başlanmasından keçən müddətdə heç bir narazılıq və ya şikayət qeydə alınmayıb və bütün seçicilərə rahat səsvermə şəraiti yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB