Komissiya sədri: "Müsavatın namizədləri siyahıdan çıxarılmayacaq"

Komissiya sədri: "Müsavatın namizədləri siyahıdan çıxarılmayacaq"

"Müsavat partiyasının namizədlərinin adları seçki bülletenlərindən çıxarıla bilməz və bu müzakirə predmeti deyil". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, seçkilərə 10 gün qalsaydı da belə, bu, qanunsuzdu "10 gündən sonra isə bu ümumiyyətlə mümkün deyildi. Əgər dairə onların namizədliyinə xitam versə idi, o zaman həmin şəxslər məhkəməyə müraciət edərdi. Əgər o namizədlər seçkilərdə qalib gəlsələr biz tərəfdən onlar elan ediləcək. Milli Məclisdə iştirak edib-etməmək məsələsinə gəlincə isə bu onların öz işidir. Müsavatın namizədlərinin adı seçici siyahılarında olacaq və kimdə istəsə səsverəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə