Azərbaycanda fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatları cari ilin noyabrının 1-də baş tutacaq parlament seçkilərinə necə hazırlaşır?
Bununla bağlı SİA sorğu keçirib:
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı Qeyri Hökumət Təşkilatları əvvəlki seçkilərdə olduğu kimi bu il də seçkilərin fəallığının artırılması, müşahidə və "exit poll" da fəal olacaqlarını söyləyib: "1999-cu ildən dövlət və QHT arasında dialoqun yaradılması, sonradan isə Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstək Fondunun yaradılması Qeyri Hökumət Təşkilatlarının daha da inkişafına səbəb olub. Bu da özünü xüsusilə də seçkilərdə göstərir. Bu il biz Assosiasiyamız daxil olmaqla çoxlu sayda Qeyri Hökumət Təşkilatları seçici fəallığını regionlarda artırılması üçün treninqlər keçirirlər. Azərbaycanda Qeyri Hökumət Təşkilatları dövlətin inkişafına beynəlxalq aləmdə imicinin yüksəlməsinə dəstəkdir".

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov Azərbaycanda Qeyri Hökumət Təşkilatlarının ölkənin ictimai-siyasi fəaliyyətində mühüm rol oynadığını diqqətə çatdırıb: "Bir neçə QHT beynəlxalq müşahidəçi "Exit-poll"un həyata keçirilməsi zamanı yerli partnyor kimi çıxış edirlər. Bu olduqca sevindirici haldır. Ümumilikdə isə seçki prosesində aktivliyin artırılması ilə bağlı iştirak edirlər. Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə birlikdə gənclərin bütün ölkə üzrə maarifləndirilməsini həyata keçirir. Bəzi Qeyri hökumət Təşkilatlarımız həm yerli müşahidəni, həm də "exit-poll"u bütün ölkə üzrə həyata keçirir. Bu da Vətəndaş Cəmiyyəti üzvlərinin nə qədər aktiv olduqlarını bir daha sübut edir. Artıq bir neçə qeyri hökumət təşkilatı həm beynəlxalq "exit poll"un yerli partnyorudurlar və bütün ölkə üzrə "exit poll" keçirəcəklər. Azərbaycan Respublikasında Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası bütün müşahidələri həyata keçirir. Bu da dövlətin QHT-larına göstərdiyi dəyərin bariz nümunəsidir".

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Azərbaycanda Qeyri Hökumət Təşkilatlar Parlament seçkilərinə hərtərəfli hazır olduğunu bildirib: "Bəzi QHT rəhbərləri arasında deputatlığa namizədliyini irəli sürənlər, bəziləri seçkilərin təbliğat təşviqat kampaniyasını, bir qismi isə seçkilərin monitorinqini aparacaq. Eləcə də "exit poll"u aparan təşkilatlar içərisində Azərbaycana məxsus QHT-lər iştirak edəcək. Düşünürəm ki, Qeyri Hökumət Təşkilatları Azərbaycanın ictimai-siyasi həyatının ən aktiv iştirakçılarıdır. Sadəcə seçkiyə görə fəaliyyətini daha da aktivləşdiriblər".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB