Bu gün Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı ilk dəfə səs verəcək gənclərlə rayonunun Gənclər Mərkəzində görüş keçirib. Görüşdə YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, rayon təşkilatı idarə heyətinin üzvü, rayon Ağsaqallar Şurasının sədri Həsən Günəşli, rayon gənclər birliyinin sədri Habil Bayramlı, gənclər birliyinin sədr müavini Fərid Camalov və rayonun ilk dəfə səs verəcək gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev bildirib ki, artıq rayonda seçkilərə hazırlıq işləri başa çatdırılıb. Seçkilərlə bağlı seçici siyahıları dəqiqləşdirilib və son siyahı dəqiqləşməsinə görə 52 saylı Quba seçki Dairəsində 46940 nəfər seçici, 53 saylı Quba-Qusar seçki Dairəsində isə 39730 nəfər, ümumilikdə hər iki dairə üzrə cəmi 86670 nəfər seçici qeydiyyata alınıb. 52 saylı Quba seçki dairəsi üzrə 630 nəfər, 53 saylı Quba-Qusar seçki dairəsi üzrə 737 nəfər ilk dəfə səs verən gənclərdir.

Tədbirdə çıxış edən Həsən Günəşli qeyd edib ki, gənclər öz fikirlərini bu gün təkcə sosial şəbəkələrdə deyil, öz valideynləri və ağsaqallarla da bölüşməlidir. Çünki bu gün gənclər siyasi-ictimai həyatında fəal rol oynamalı və siyasi oyunlardan uzaq olmalıdırlar. Daha sonra çıxış edən YAP Quba rayon gənclər birliyinin sədri Habil Bayramlı dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlardan danışaraq gəncləri öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələrək, onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlarını vurğuladı.

Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB