Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizədi Tahir Süleyman oğlu Süleymanovun Şabran seçiciləri ilə geniş görüşü keçirilib. Görüşü açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov ölkəmizdə təmin olunmuş möhkəm sabitlik və əmin-amanlıq şəraitində həyata keçirilən uzunmüddətli davamlı inkişaf proqramlarının mühüm nəticələrindən bəhs edib. Təşkilatın sədri bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman böyük xalq dəstəyinə güvənərək, bütün seçkilərdə inamlı qələbə qazanıb: "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Xalqın sosial rifahının yüksəldilməsi YAP-ın ali məqsədlərindən biri olub. Partiyamızın bölgədə və dünyada artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasıdır".
YAP-ın 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə deputatlığa namizəd Tahir Süleyman oğlu Süleymanovun fəaliyyəti barədə məlumat verən M.Balabəyov şabranlıları 1 noyabr seçki günü ən layiqli namizədlərə - YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən seçicilər də bildiriblər ki, onlar YAP-ın namizədi Tahir Süleymanovu, birmənalı olaraq, dəstəklədiklərini və 1 noyabr parlament seçkilərində də partiyanın mütləq qələbəsinə əmin olduqlarını bildiriblər.
RƏFİQ?Ə KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB