Bəzi müxalifət partiyaları xalqın etimadını itiriblər AÇIQLAMA

Bəzi müxalifət partiyaları xalqın etimadını itiriblər AÇIQLAMA

"Seçkilər" Media Mərkəzi -Parlament seçkilərində iştirak etməyən, eyni zamanda, sonradan geri çəkilən partiyalarının elektral bazası yox səviyyəsindədir. Onlar seçkilərdə kifayət qədər seçici səsi toplaya bilməyəcəklərini düşündükləri üçün ya iştirak etmir, ya da namizədliklərini geri götürürlər.

Bu sözləri politoloq Qabil Hüseynli noyabrın 1-nə təyin olunan seçkilərdə bəzi partiyaların iştirak etməməsi ilə bağlı seçki-2015.az saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, səbəb bəzi müxalifət partiyaların əhali ilə aralarında olan böyük uçurumla bağlıdır: "Onlar xalqın etimadını itiriblər. Ən azında partiyalar seçkilərdə iştirak edərək bu mənfi tendensiyanı müsbətə doğru dəyişməyə səy göstərməlidir. Əks halda həmin partiyalar siyasi mühitdə öz mövqeyini gücləndirə, xalqla aralarında olan uçurumu aradan qaldıra bilməyəcəklər. Əks halda onların uğurlu fəaliyyətindən söhbət belə gedə bilməz".

Bəzi müxalifət partiyaların seçki marafonundan geri çəkilməsinin digər səbəbinin isə nüfuzlu beynəlxalq sorğu şirkətlərinin keçirdikləri rəy sorğularının nəticələri ilə bağlı olduğunu söyləyən Qabil Hüseynli deyib: "Əhalinin mütləq əksəriyyəti Prezident İlham Əliyevə inanır, onun rəhbərlik etdiyi hakimiyyəti dəstəkləyir. Bu, reallıqdır. Bunu heç kəs inkar edə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə