"Azərbaycanın müstəqilliyinin ilk illərində Birləşmiş Millətlər Təşkilatından (BMT) gözləntiləri böyük idi. Ölkəmiz 1992-ci ilin mart ayından BMT-nin tamhüquqlu üzvüdür. BMT bizim müstəqilliyimizi tanıyanda, üzv qəbul edəndə 86,6 min kvadrat kilometr ərazimiz var idi. Amma təəssüflər olsun ki, ərazilərimiz ard-arda işğal olundu". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.
Hərbi ekspertin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi: "Amma bu qətnamələrin yerinə yetirilməsinin heç birində prinsipiallıq göstərmədi. Beləcə, BMT çox ədalətsiz mövqe tutdu. BMT TŞ-nın 5 daimi üzvündən 3-ü Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in həmsədri olaraq vasitəçilik edir və 22 ildən artıqdır ki, danışıqlar davam edir amma heç bir bir nəticə əldə edilmir. Bu gün bir addım da olsa irəliləyiş yoxdur. Biz BMT, YUNESKO və BMT-nin digər institutları ilə əməkdaşlıq etmişik. Azərbaycan öz öhdəliyinə düşənlərin hamısını yerinə yetirib. Ölkəmiz BMT TŞ-nın qeyri-daimi üzvü kimi həmişə haqqı-hüququ qorumağın tərəfdarı olub. BMT-də islahatların aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxış edib. Amma təəssüflər olsun ki, konkret heç bir addımlar atılmır və BMT öz üzərinə düşən hüquq normalarını yerinə yetirmir. BMT böyük dövlətlərin ABŞ, Qərbin əlində oyuncağa çevrilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB