Deputatlığa namizəd Ağayev İsmayıl Bəşir oğlu TƏRCÜMEYİ-HAL

Deputatlığa namizəd Ağayev İsmayıl Bəşir oğlu TƏRCÜMEYİ-HAL

Ağayev İsmayıl Bəşir oğlu 1 iyul 1966-cı ildə, Ermənistanın (Qərbi Azərbaycan) Əzizbəyov rayonunun Saravan kəndində anadan olub. O, 1983-cü ildə Saravan kənd orta məktəbini bitirib. 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Avtomobil Nəqliyyatı fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Çexiyanın Texniki Universitetinin Hüquq fakültəsi doktorantura dərəcəsi ilə bitirib. 1992-95-ci il tarixlərində Daxili İşlər Orqanlarında işləmiş, 1992-93-cü illərdə Xızı Rayon Polis Şöbəsinin rəisi, 1994-ci il Bakı Şəhər Baş Polis İdarəsində Baş inspektor, 1995-ci il DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin komandiri vəzifələrində çalışıb. 2004-2008–ci illərdə isə Səbail Bələdiyyəsinin Torpaq Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1993-cü ildə Xızı Rayon Polis Şöbəsinin şəxsi heyəti və yaxın qohumları ilə birlikdə Goranboyun Gülüstan kəndində könüllülər batalyonunda torpaqlarımızın müdafiəsi uğrunda vuruşmuşdur. 2005-ci ildən Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvü olaraq ictimai fəaliyyətə başlayıb, konqresin idarə heyətinin üzvü seçilib, daha sonra Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edilib və hal-hazırda nümayəndəliyə rəhbərlik etməkdədir. 2008-ci ildə Beynəlxalq Diaspor Mərkəzinin təsis konfransında sədr seçilmiş və hal-hazırda mərkəzin sədri vəzifəsindədir.

Türk, rus və çex dillərini bilir.

Ailəlidir, bir oğlu, bir qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə