Musa Quliyev: “Ancaq axmaq adamların ağlına belə şey gələ bilər” AÇIQLAMA
"Ümumiyyətlə, "Milli Şura"nın mitinqinin nə motivi nə də heç bir mənası yoxdur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev "Milli Şura"nın oktyabrın 25-də planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.
YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, artıq Azərbaycanda seçkilər elan olunub: "Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəs - istər partiya, istərsə də tərəfsiz vətəndaş olsun onlar seçki hüququndan istifadə edib seçkilərdə iştirak edə bilər. Beləcə, onlar seçkilərdə öz sözünü deyə və seçicinin dəstəyini qazana bilər. Bu eyni zamanda "Milli Şura" deyilən qurumda birləşən müxalifətçilərə də şamil olunur və onlara da heç kim demir ki, niyə seçkilərə getmirsiniz. Seçkilərə gedib-getməmək hər bir partiyanın, vətəndaşın şəxsi işidir. Bu gün əgər onlar seçkilərə getmirsə və durub seçkinin əleyhinə mitinq edirsə, bu ancaq dəlilikdir. Bunun nə siyasi, nə də məntiqlə heç bir izahı yoxdur. Ancaq axmaq adamların ağlına belə şey gələ bilər. Ümumiyyətlə bu, mitinqə dəvət olunan insanları da ələ salmaqdır".
M.Quliyev əlavə edib ki, Azərbaycanda aparılan abadlıq-quruculuq işləri, ölkə Prezidentinin xalqın rifah halının yaxşılaşdırılmasından ötrü verdiyi sərəncamlar, fərmanlar, Milli Məclisin qəbul etdiyi qərarlar fonunda bunların qarşısında hər hansı narazılıq hissi keçirməyin özü o mitinq işitrakçılarına hörmətsizlik deməkdir: "Bu gün bütün dünya çalxalanır. Ölkəmizin cənubu, şimalı, şərqi, qərbi bir sözlə hamısı böhran içərisindədir. Belə bir böhran içərisində ölkədə ictimai-siyasi sabitliyin olması, əhalinin qayğısına qalınması, işsizlik probleminin, yoxsulluğun həlli, insanların sosial rifah halının yaxşılaşdırılmasından ötrü və s. cənab Prezidentin ard-arda verdiyi Fərman və göstərişlər xalq tərəfindən olduqca müsbət qarşılanır və təqdir olunur. Belə olan halda hansısa mitinqin keçirilməsi gülünc doğurur. Mənim sadəcə o insanlara yazğımı gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB