1 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 9 saylı Binəqədi İkinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qafarov Kamaləddin Nəsrəddin oğlunun 9-cu mikrorayon seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov deputatlığa namizəd Kamalədin Qafarovun təbliğat-təşviqat kampaniyası haqqında seçicilərinə ətraflı məlumat verib. R.Göyüşov müasir Azərbaycanın ən qüdrətli və güclü siyasi partiyası olan YAP-ın Milli Məclisə keçiriləcək seçkilərdə irəli sürdüyü namizədlərin hər birinin savadlı, potensiallı və öz peşəkarlığı ilə seçilən insanlar olduğunu diqqətə çatdırıb: "Bu baxımdan, Kamaləddin Qafarovun namizədliyinin irəli sürülməsi də Binəqədi seçiciləri üçün olduqca əhəmiyyətlidir. Onun seçicilərinin çoxsaylı səsini qazanaraq millət vəkili seçiləcəyi təqdirdə perspektivli bir gənc olaraq xalqının istək və arzularının təminatına şərait yaradacaq." R.Göyüşov çıxışının sonunda bütün seçicilərə müraciət edərək, onları seçkilərdə fəal olmağa və Kamaləddin Qafarovun namizədliyini dəstəkləməyə çağırıb.

Görüşdə çıxış edən Kamaləddin Qafarov Binəqədi rayonunun ən böyük və aktiv seçici kütləsinin yaşadığı 9-cu mikrorayonda görüş keçirməkdən məmnun olduğunu bildirərək, qeyd edib ki, seçicilərinin dəstəyini və inamını qazanmaq üçün bundan sonra da var gücü ilə çalışacaq və onların etimadını doğruldacaq. Bu gün ölkəmizdə dövlət başçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi kimi, dinamik inkişafın, sabitliyini bərqərar olmasını vurğulayaraq, bu inkişafın Binəqədi rayonunda təzahürünü tapdığını bildirdi.

Görüşdə "Kirpi" jurnalının redaktoru Polad Qasımov çıxış edərək, Kamaləddin Qafarovun namizədliyini dəstəklədiyini qeyd etdi. Onun sözlərinə görə Kamaləddin Qafarov kifayət qədər enerjili və təcrübəli kadr olaraq millətin əsl vəkili olacaq və ona göstərilən etimadı doğruldacaq. P.Qasımov bütün sakinləri seçkilərdə fəal iştirak etməyə və Kamaləddin Qafarova səs verməyə çağırdı.

Görüş iştirakçılarından Sitarə Cabbarlı, Aslan Mehdiyev və digərləri çıxış edərək ölkəmizdə hər dəfə olduğu kimi budəfəki seçkilərin də şəffaf və sivil keçiriləcəyinə inamlarını ifadə ediblər. Bildirib ki, bu seçkilərin nəticəsi olaraq YAP-ın namizədlərinin qələbə qazanacağı şübhəsizdir.
Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayon Ağsaqqallar Şurasının sədri Rauf Orucov gənc seçici Reyhan İsmayılova və ağsaqqal İbrahim Tağıyev və başqaları öz çıxışlarında YAP-ın namizədi Kamaləddin Qafarovu dəstəklədiklərini və ona səs verəcəklərini söylədilər.
Görüşün sonunda Kamaləddin Qafarov seçiciləri maraqlandıran sualları cavablandırdı.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB