Millət vəkili: "Parlamentin fəaliyyəti uğurlu və məhsuldar olub"
IV çağırış Milli Məclisin işinə uğurlu yekunun vurulması, ilk növbədə onu göstərir ki, Azərbaycan öz inkişaf və tərəqqi yolunda inamla irəliləyir və heç bir xarici təsir ölkəmizin iqtisadi, siyasi və s. sahələrinə mənfi təsirini göstərə bilməz. Bunu SİA-ya açıqalmasında millət vəkili Malik Həsənov deyib.
O, bildirib ki, burada əsas mahiyyət məhz Prezident İlham Əliyev Cənablalrının apardığı məqsədyönlü və uğurlu siyasi-strateji xətt üzərində qurulub ki, biz millət vəkilləri də bu faktordan yararlanaraq, fəaliyyət istiqamətimizi qurmuşuq: "Bu gün dünya iqtisadiyyatının gərgin vəziyyətdə olduğu bir durumda Azərbaycan sosial-iqtisadi sahədə ciddi uğurlara imza atır. Məhz bu da Prezident İlham Əliyevin məntiqli, çevik siyasətinin nəticəsində reallaşır. Hökumətin yürütdüyü uğurlu sosial-iqtisadi siyasət dövlət büdcəsində özünü bir daha göstərir. Əlbəttə ki, xalqımız da bu siyasəti dəstəkləyir.
O cümlədən, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini qəbul edib. Həmçinin, millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifi nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artımın Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənara qalması ilə bağlı idi ki, həmin güzəşt tətbiq olan yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9 % çərçivəsində artmasına səbəb olacaq. Məhz bu amillər də dövlətin və xalqın sosial-rifah halının daha da yaxşılaşdırılmasına xidmət göstərəcək faktor kimi dəyərləndiriləcək. Lakin mən daha bir amilə də toxunmaq istərdim.
"Fəaliyyətimizdə yalnız dövlətimizin daha da güclənməsinə öz töhfəmizi verməliyik"
Bu gün Azərbaycanın sürətli inkişafı, dünyaya inteqrasiyası bəzi qüvvələri narahat edir və ölkəmizə qarşı qarayaxma kampaniyası aparılır. Xüsusilə bu parlament seçkiləri öncəsi dövrə təsadüf edir və burada özlərini müxalifət adlandıran bəzi xəyanətkar qüvvələr də rol almaqdadırlar. Təəssüf ki, çox zaman onların bu fəaliyyətləri Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur. Son zamanlar beynəlxalq maliyyə qaynaqlarının, beynəlxalq qrant layihələri verən təşkilatların Azərbaycanda öz maraqlarının reallaşdırılmasının şahidi oluruq. Ona görə də qeyri-hökumət təşkilatlarının xarici donorlardan asılılığını aradan qaldırmaq və haqlı olaraq onların fəaliyyətinə müəyyən qanuni və digər məhdudiyyətlər işini daha da ciddiləşdirmək lazımdır. Beynəlxalq qeyri-hökumət təşkilatları, müəyyən beynəlxalq mərkəzlər və eləcə də aparıcı dövlətlər tərəfindən idarə olunan proseslər çox zaman Azərbaycana qarşı mövqelərdə özünü daha açıq şəkildə büruzə verir və biz öz mövqeyimizin doğruluğunu sübut etmək üçün çox mücadilə aparmalı oluruq, bəzi hallarda da onlar özlərini haqlı kimi qələmə verməyə çalışırlar. Ancaq dövətimizin və xalqımızın qətiyyəti belə qüvvələrin ayaq açaraq, maraqlarını təmin etməyə imkan verməyib, bundan sonra da verməyəcək.
Azərbaycan inkişaf edir, bundan sonra da inkişaf edəcək. İstər neft amili, istərsə də qeyri-neft amili sahələri ölkəmizin möhkəm dayaqlara söylənməsini təmin edib. Təbii ki, bizlər də sonrakı illərdəki fəaliyyətimizdə yalnız dövlətimizin daha da güclənməsinə öz töhfəmizi verməliyik. Çünki bu, hər birimizin bir vətəndaşlıq borcumuzdur".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB