"Arif Hacılının özünün legitimliyi şübhə altındadır. Müsavatın qurultayından sonra partiya daxilində baş verən hadisələr, funksionerlərin partiyadan çıxarılması buna bariz nümunədir". Bunu SİA-ya AXCP Etimad Qurultayı təşkilat komitəsinin sədr müavini Səbuhi Aslanbəyli Arif Hacılının Razi Nurullayevin AXCP-sini deyil, Əli Kərimlini legitim olaraq tanımasına münasibətini bildirərkən deyib.
Səbuhi Aslanbəyli qeyd edib ki, bu adamlar ciddi siyasətə qayıtmaq istəyirsə bizim üzərimizdən özlərini reklam etməsinlər: "Əslində biz Arif Hacılının bizimlə təmas qurmasını gözləyirdik. Bu, onun gələcək perspektivi və inkişafı üçün yaxşı ola bilərdi. Düşünürəm ki, Arif Hacılı zamanla səhvini anlayacaq. Çünki o da yaxşı bilir ki, Müsavatın məhv olmasında Əli Kərimlinin müstəsna rolu olub".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB