Elmar Məmmədyarov həmkarı ilə görüşdü YENİLƏNİB - VİDEO

Elmar Məmmədyarov həmkarı ilə görüşdü YENİLƏNİB - VİDEO

Bu gün Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sans Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyində olub. SİA-nın məlumatına görə, hər iki nazir arasında geniştərkibli görüş keçirib.

Nazirlər qarşılıqlı əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib. Nazir Elmar Məmmədyarov jurnalistlərə bildirib ki, bu həmkarının Azərbaycana ilk tarixi səfəridir: "Azərbaycan Latın Amerikası ölkələrinə böyük diqqət ayırır. Hər iki ölkə beynəlxalq təşkilatlarla əməkdaşlıqda mühüm rola malikdir. Mən həmkarıma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də torpaqlarımızın işğal olunması nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin olması haqqında ətraflı məlumat verdim. Eləcə də biz iqtisadiyyat barəsində geniş müzakirələr apardıq. Kosta Rika Respublikasının iqtisadi imkanları genişdir. Bu ölkədə turizm sahəsi böyük inkişaf edib. Həmkarım bu görüşdən sonra ADA universitetində olacaq və orada tələbə mübadiləsinı dair sənəd imzalayacaq".

Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sans isə Azərbaycan olmaqdan məmnunluğunu dilə gətirib: "Ölkəniz son 25 il ərzində böyük uğurlara imza atıb. İnsanlarınızın rifah halının yaxşılaşdırılması istiqamətində bir çox işlər görülüb. Eləcə də sizlər oktyabrın 18-də Müstəqillik Gününüzü qeyd etdiniz. Bu münasibətlə də sizləri təbrik edirəm. Bu gözəl ölkəyə səfər etmək mənim üçün çox xoşdur. Bizlər bütün danışıqların müzakirə olunaraq həllinin tərəfdarıyıq. Ölkəniz Dağlıq Qarabağ münaqişəsi ilə üzləşməsinə baxmayaraq, sürətlə inkişaf edir. Bizim ölkəmiz vulkanlar, çaylar, quru meşələrlə çox zəngindir. İkitərəfli münasibətlərin bundan sonra inkişaf etdirilməsi istiqamətində bütün səylərimizi əsigəməyəcəyik".

Qeyd edək ki, səfər sabah başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə