Nazir: “Xocalı soyqırımı ilə bağlı qətnaməyə dəstək göstərəcəyik”
"Latın Amerikası ölkələrinin bəziləri Xocalı soyqırımını tanıyıblar. Biz də çalışacayıq ki, Xocalı soyqırımı ilə bağlı qətnaməyə dəstək göstərək". SİA-nın məlumatına görə, bunu bu gün Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sans Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı qətnaməyə öz ölkəsində dəstək göstəriləcək: "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini hər zaman dəstəkləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB