"ATƏT-in Minsk qrupunun həmsədləri gələn həftə regiona səfər edəcəklər". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sansla birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, həmsədrlər oktyabrın 26-da İrəvanda olacaqlar: "Biz Nyu-Yorkda həmsədrlərlə müzakirə etdik ki, hansı hazırlıqla Ermənistan-Azərbaycan prezidentlərinin görüşü təşkil olunsun. Hesab edirəm ki, tələsmək lazım deyil. Qoy, həmsədrlər gəlsin və görək onlar hansı təkliflər irəli sürəcəklər. Çünki burada iki cür yol var. Əgər prezidentlərin görüşü olsa, o zaman özləri müəyyənləşdirəcəklər hansı məsələlər müzakirə olunsun. Bununla belə, həmsədrlərin özlərinin təklifləri də ola bilər. Hələlik bu məsəlı açıqdır. Həmsədrləri regiona səfəri çərçivəsində biz bunu müzakirə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB