Bu gün Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sans Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyində oılub. Manuel Qonsales Sans Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə həm təkbətək, həm də geniştərkibli görüş keçirib.
Nazirlər qarşılıqlı əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparıblar.
Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib.
Qeyd edək ki, səfər sabah başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB