Hikmət Babaoğlu Nərimanov rayon seçiciləri ilə növbəti görüşünü keçirib FOTOLAR

Hikmət Babaoğlu Nərimanov rayon seçiciləri ilə növbəti görüşünü keçirib FOTOLAR

1 noyabrda keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Nərimanov rayon seçiciləri ilə növbəti görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Seçki Qərargahının sədri Təmraz Tağıyev parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın bu seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyən T.Tağıyev partiyanın qələbə qazanacağının şübhəsiz olduğunu qeyd edib. O, görüş iştirakçılarına deputatlığa namizəd Hikmət Babaoğlu haqqında geniş məlumat verib. Çıxış edən Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, YAP Nərimanov rayon təşkilatı Seçki Qərargahının üzvü Miri Həsənov qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, YAP-ın namizədlərinin qələbəsinə inandığını deyib: "İnanırıq ki, Nərimanov seçiciləri bu seçkilərdə də partiyamızın namizədin əsəs verəcəklər. Biz ağsaqqallar 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizəd Hikmət Babaoğluna öz xeyir-duamızı vermişik. Çünki YAP hər zaman xalqın maraqlarından çıxış edir".

YAP Nərimanov rayon təşkilatı Seçki Qərargahının üzvü, rayon təşkilatının sədr müavini Vaqif Novruzov parlament seçkilərində YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü deyib. Deputatlığa namizəd Hikmət Babaoğlunun ziyalı keyfiyyətləri haqqında fikirlərini bildirən V.Novruzov seçiciləri məhz YAP-ın namizədinə səs verməyə səsləyib.

YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri, təşkilatın Seçki Qərargahının üzvü Yusif Babanlı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticələrindən, dövlət gənclər siyasətindən geniş bəhs edib. Həmçinin, Y.Babanlı, ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə hər bir gəncin aktiv iştirak edəcəyinə əminliyini bildirib. Çıxış edən deputatlığa namizəd, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu gün təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatıdır. Onun sözlərinə görə, YAP yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarıb. "Əlbəttə, YAP-ın ümumxalq partiyasına çevrilməsində heç şübhəsiz ki, partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyevin xidmətləri olduqca böyükdür. Çünki partiyamız yaranan zaman onun proqram və nizamnaməsini Ulu öndərimizin Özü yazmışdı. Əslində, bu proqram və nizamnamə Azərbaycan xalqının siyasi, iqtisadi maraqlarını, mədəni, milli mənəvi dəyərlərini, bütövlükdə dövlətçilik maraqlarını qorumağı özündə ehtiva edən sənədlərdir. YAP-ın Proqram və Nizamnaməsində azərbaycançılıq ideologiyası əsas götürülür. Çox sevindirici haldır ki, xalqımız bu ideologiya ətrafında sıx birləşib. Mən də qürur duyuram kimi ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədiyəm", - deyə, Hikmət Babaoğlu vurğulayıb. YAP-ın fəaliyyətində varislik prinsipinə böyük önəm verdiyini deyən deputatlığa namizəd partiyanın hər zaman xalqın maraqlarından çıxış etdiyini bildirib. Hikmət Babaoğlu həmçinin, seçicilərə özünün ictimai-siyasi, elmi fəaliyyəti haqqında məlumat verib: "Mən inanıram ki, sizlər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəksiniz. Sizin qaldırdığınız məsələləri kimliyindən asılı olmayaraq yalnız YAP kimi böyük nüfuza malik partiyanın nümayəndəsi həll edə bilər. Sizi 1 noyabr seçkilərində fəal olmağa çağırıram və əgər mənə etimad göstərsəniz parlamentdə sizin layiqli təmsilçiniz olacağam".

Daha sonra deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə söhbət edib, onların arzu və təkliflərini dinləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə