Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Balakən Seçki Dairəsi tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəmməd oğlu Məhəməliyevin seçiciləri ilə görüşü davam edir. Görüşlərdə iştirak edən
Seçki Qərargahının rəhbəri Azad Balayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayan siyasi təşikilat kimi xalq qarşısında tükənməz nüfuz qazanıb. Eyni zamanda, dövlətçiliyimizn hüququ bazasını təmsil edən Milli Məclisin formalaşdırılmasında da partiya təmsiçilərinin rolu böyükdür. Əbəs yerə deyil ki, bütün seçkilərdə səs çoxluğu ilə qalib gələn YAP namizədləri dövlətçilik ənənəsinin, həmçinin qanunvericilik bazasının möhkəmləndirilməsində uğurlu sözlərini deyirlər.
YAP-ın namizədi Nəsib Məhəmməd oğlu Məhəməliyev də seçicilər qarşısında çıxış edib. O, qeyd edib ki, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında, digər sahələrində əldə edilən nailiyyətlər bilavasitə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir: "Təbii ki, əldə edilən uğurların hər biri xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Bizlər də bu siyasətin davamlı olması üçün Onun ətrafında sıx bilərşməli, dövlətimizin inkişafında, tərəqqisində iştirak etməliyik."
Namizəd bildirib ki, Milli Məclisə seçilməkdə məqsəd yalnız seçicilərin inamını, etimadını qazanmaq deyil, eyni zamanda götürülən öhdəliklərin yerinə yetirilməsi, onların icrasıdır: "Millət vəkilinin birinci vəzifəsi seçiciləri qarşısında qazandığı etimadını doğrultmaqdır."
YAP-ın deputatlığa namizədi kimi seçiciləri noyabrın 1-də MM-ə keçiriləcək seçkilərdə aktiv olmağa çağıran Nəsib Məhəməliyev seçicilərə öz seçimlərində müstəqil olduqlarını və YAP-ın namizədlərinə səs verəcəklərinə əminliyini vurğulayıb.
Görüşdə çıxış edən qəsəbə sakinləri, seçicilər də noyabrın 1-də baş tutacaq Milli Məclisə seçkilərdə seçici fəallığı göstərməklə yanaşı, YAP-ın deputatlığa namizədi Nəsib Məhəmməd oğlu Məhəməliyevə səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB