Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə 32 saylı Suraxanı III Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Abiyevin seçicilərlə görüşü keçirilib. SİA-nın xəbərinə görə, seçicilərlə görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qəragahı Suraxanı rayon şöbəsinin sədri Vüqar Seyidov, Suraxanı Maşınqayırma Zavodu" TASC İdarə Heyətinin sədri Arif Babayev, millət vəkilliyinə namizəd Ağacan Abiyevin səlahiyyətli nümayəndəsi Yusif Babanlı, rayon ictiamiyyətinin nümayəndələri iştirak ediblər.
Seçicilərin böyük maraq göstərdiyi görüşü açan Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb: "Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb". V.Seyidov bütün seçiciləri Ağacan Abiyevə səs verməyə çağırıb. Sonra çıxış edən millət vəkilliyinə namizəd Ağacan Abiyev görüşə gəlmiş bütün seçicilərə təşəkkürünü bildirərək ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb. Ağacan Abiyevin sözlərinə görə, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs Azərbaycana çox böyük uğurlar qazandırıb. YAP-ın 32 saylı Suraxanı III Seçki Dairəsindən Milli Məclisə namizədi Ağacan Abiyev ölkəmizdə əldə olunmuş iqtisadi nailiyyətlər, həyata keçirilən uğurlu siyasət, inkişaf strategiyası haqqında danışaraq yenidən millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərdən bəhs edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günədək xalqımızın maraqlarına söykənən fəaliyyəti ilə böyük uğurlar qazanıb: "Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Ona görə də bu etimadı doğrultmaq üçün bundan sonra da bütün gücümlə fəaliyyət göstərəcəyimə söz verirəm".
Daha sonra çıxış edən deputatlığa namizəd Ağacan Abiyevin səlahiyyətli nümayəndəsi Yusif Babanlı, Suraxanı Maşınqayırma Zavodu" TASC İdarə Heyətinin sədri Arif Babayev bu illər ərzində Ağacan Abiyevin həmişə seçicilərinin dərdinə şərik olduğunu, mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib, insanları narahat edən məsələlərin həllində onlara yaxından kömək göstərdiyini dilə gətiriblər. Görüşdə seçicilərin mövqeyi eyni olub - onlar birmənalı olaraq qarşıdan gələn parlament seçkilərində də öz deputatları Ağacan Abiyevə səs verəcəklərini deyərək ona uğurlar arzulayıblar.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB