Qaradağlıların seçimi Yeni Azərbaycan Pariyasının namizədidir VİDEO
Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 11 saylı Qaradağ Seçki Dairəsindən namizədi Hüseynov Aydın Nəsir oğlunun təbliğat–təşviqat kampaniyası çərçivəsində görüşləri davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində seçicilərlə növbəti görüş bu gün Qızıldaş qəsəbəsində keçirilib.

Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov ölkəmizdə həyata keçirilən inkişaf siyasəti və onun uğurlu nəticələrindən, YAP-ın bu uğurların qazanmasında müstəsna rolundan danışıb. O, daha sonra YAP-ın 11 saylı Qaradağ Seçki Dairəsindən deputatlığı namizədi Aydın Hüseynov haqqında seçicilərə məlumat verib və Qızıldaş sakinlərini qələbələr partiyası YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Aydın Hüseynov YAP-ın bu seçkilərə "Yeni hədəflərə doğru" şüarı ilə qatıldığını xatırladaraq deyib ki, bu sürətli iqtisadi inkişaf tempi əldə edən Azərbaycanı qarşıda daha böyük hədəflər, nailiyyətlər gözləyir. Azərbaycanın daha da inkişafına nail olmaq, əhalinin daha yaxşı yaşamını təmin etmək məqsədi qarşıya qoyulub: "Azərbaycan elm və texnologiyanın inkişaf etdiyi, cəmiyyətin intellektual potensialının kifayət qədər yüksək olduğu, qeyri-neft sektorunun, xüsusilə, sahibkarlıq və özəl sektorun iqtisadiyyatın lokomotivinə çevrildiyi, siyasi cəhətdən sabit, qüdrətli, güclü bir ölkə kimi dünyadakı yerini daha da möhkəmləndirməlidir. Bu hədəflərə nail olmaq üçün bu seçkilərdə də hamılıqla YAP-ın namizədloərinə səs verməliyik".

Daha sonra görüşdə çıxış edən Qızıldaş qəsəbə Ağsaqqallar Şurasının sədri Sərdar Hacıyev, qəsəbə sakinləri - Xubəli Qasımov, Hacı Telman Hümbətov, Hacı Axış Aslanov, Canəhməd Şamilov, Tanrıverdi Hüseynov, Nailə Rəhimova, Vaqif Səlimov, Vəzir Qasımov və digərləri YAP-ın həmişə seçicilərin etimadını doğrultduğunu, həmçinin, neçə illərdir hakim partiyanın Qaradağ rayon təşkilatına rəhbərlik edən Aydın Hüseynovun fəaliyyəti haqqında məlumatlı olduqlarını, onun işgüzar səmimi bir insan kimi rayon sakinləri arasında hörmət və ehtiram qazandığını, noyabrın 1-də isə məhz YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB