Adil Əliyevin seçiciləri ilə növbəti görüşü keçiriləcək

Adil Əliyevin seçiciləri ilə növbəti görüşü keçiriləcək

Sabah oktyabrın 14-də 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seçiciləri ilə görüşəcək. Bu barədə SİA-ya Adil Əliyevin səlahiyyətli nümayəndəsi xəbər verib.

Bildirilib ki, görüş çərçivəsində millət vəkilliyinənamizəd platorması ilə bağlı məlumat verəcək, o cümlədən də seçiciləri maraqlandıran sualları cavablandıracaq.

Görüş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında saat 14:30-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə