YAP-ın nümayəndə heyəti Çinə gedir

YAP-ın nümayəndə heyəti Çinə gedir

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvlərindən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 14-16 oktyabr tarixlərində Çinin paytaxtı Pekində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) İpək Yolu üzrə xüsusi konfransında iştirak edəcəklər. SİA-nın xəbərinə görə, konfransın məqsədi tarixi İpək Yolu üzərində yerləşən dövlətlər və xalqlar arasında qarşılıqlı faydalı siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, sivilizasiyalararası dialoqun təşviq edilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə