Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan edib və daha sonra Azərbaycan Respublikası MSK-nın 7 oktyabr 2015-ci il tarixli iclas protokolu səsə qoyalaraq komissiya üzvləri tərəfindən təsdiq olunub.
MSK katibi Arifə Muxtarova 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında ətraflı məlumat verib.
İclasda Xalid Bağırovun deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı MSK-ya etdiyi müraciətə baxılıb. 24 saylı Nizami birinci Seçki Dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürən Xalid Bağırov DSK-nın qərarının əsassız olduğunu deyib. DSK qərarında X.Bağırovun seçiciləri aldadaraq imza topladığını əsas gətirərək onun namizədliyini qeydə almayıb. Eskpert Qrupunun araşdırması nəticəsində də imzaların bir hissəsinin aldadılaraq toplanılması üzə çıxıb. Bildirilib ki, X.Bağırovun DSK-ya təqdim etdiyi imzalardan 431-i etibarlıdır və bu da namizədin qeydə alınması üçün kifayət etmir. MSK X.Bağırovun deputatlığa namizədliyini qeydə almayıb.
MSK-nın Ekspert qrupunun üzvləri Ramiz İbrahimov və digərləri isə müraciətlər haqqında fikir bildiriblər.
Sonda cari məsələlərə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB