Böyük Britaniyanın hüquq-mühafizə orqanları Culian Assancın sığınacaq aldığı Ekvador səfirliyi qarşısında qurduğu fasiləsiz nəzarəti aradan qaldırıb. SİA "itar-tass"a istinadən xəbər verir ki, bu barədə Skotland -Yard məlumat yayıb. Məlumatda bildirilir ki, əgər səfirliyin hüdudlarını tərk edərsə, Assancın ələ keçirilməsi üçün hüquq-mühafizə orqanları hər bir imkanından istifadə edəcək.
Lakin Assanc ehtiyat edir ki, rəsmi Stokholm onu ABŞ-a deportasiya edəcək. Belə ki, bu baş verərsə, onu ən azı 35 il azadlıqdan məhrum edilmək cəzası gözləyir. Bununla yanaşı, ona qarşı dövlət departamentinin on minlərlə məxfi sənədlərini dərc etdiyinə görə, casusluq ittihamı əsasında ölüm hökmü də oxuna bilər.
Xatırladaq ki, Assancın təsis etdiyi "WikiLeaks" saytı digər məlumatlarla yanaşı, amerikalı hərbçilərin İraqda və Əfqanıstandakı gizli fəaliyyətlərini əks etdirən informasiyaları ictimailəşdirib. Eyni zamanda ABŞ-ın dövlət departamentinin məxvi sənədləri də həmin informasiyalar sırasında yer alıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB