Təşviqat kompaniyası uğurla aparılır

Təşviqat kompaniyası uğurla aparılır

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Laçın rayon şöbəsi 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıq tədbirlərini uğurla davam etdirir. 9 oktyabr tarixindən seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start verilib. Saat 09:00-dən başlayaraq YAP Laçın rayon təşkilatının fəal gənclərindən ibarət yaradılmış təbliğat-təşviqat komandası 121 saylı DSK-nin 102 məntəqəsi üzrə YAP-ın namizədi Abbaszadə Mahir Tapdıq oğlunun plakatlarını məntəqə seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrində yapışdırılması prosesini uğurla sona çatdırıblar.

Qeyd: İqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadənin Yeni Azərbaycan partiyası tərəfindən 121 saylı Laçın seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülüb.

M.Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirib. 1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Beynəlxalq Bankın Sumqayıt filalında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filalında mühasib xəzinə müdiri, 2004-cü ildən həmin filalın müdiri işləyir.

Elmi fəaliyyəti: 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib. 2010-cu ildə elmi şurada müdafiə edib. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komisyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. 2014 cü ildə AMEA-nın İqdisadiyyat institutunun doktoranturasına qəbul olub.

Hazırda təhsilini davam etdirir. 1 elmi kitabın, 7 elmi məqalənin, 3 elmi tezisin müəllifidir.

İngilis, Rus,Türk dillərini bilir.

Ailəlidir 3 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə