Politoloq: "Uorlik üzərlərinə düşən məsuliyyətin çətinliyini dərk edir" AÇIQLAMA
"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yəqin ki, üzərlərinə düşən məsuliyyətin çətinliyini getdikcə daha da dərk edir. Təbii ki, sülhlə bağlı bəyanatlardan o yana keçməyən və ərazi bütövlüyündən bir kəlmə belə danışmayan qrup, Madrid prinsiplərini saymayan Ermənistan və onun havadarları ilə artıq başqa cür danışmağın vaxtı çatdığını qəbul edir". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.
Politoloqun sözlərinə görə, bir müddət əvvəl ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində təşəbbüsü öz əlinə almağa çalışdı və Rusiya buna imkan vermədi: "Təbii ki, istər qoşunların təmas xəttində, istərsə də sərhədyanı ərazilərdə gərginlik daha da artdı və hər iki tərəf itkilər verdi. Daha dəqiq desək ATƏT-in Minsk qrupunun ciddi qərarlar verə bilməməsi və Rusiyanın mövqeyindən çıxış etməsi, Fransanın daha çox erməni lobbisinin nüfuzu altında fəaliyyəti münaqişənin həllini ləngitdi. Beləliklə də erməniləri razı salan status-kvo saxlanıldı. İndi artıq ABŞ və bir sıra Qərb dövlətləri başa düşür ki, bu problem öz həllini tapmadıqca gərginlik artacaq. Məhz buna görə də konkret addımlar atmaq və təcavüzkarı sülhə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etmək vaxtıdır. Digər tərzdə Azərbaycan bunu güc nümayiş etdirməklə həll edə bilər, bu isə təbii ki, Qərbi və ümumiyyətlə beynəlxalq ictimaiyyəti narahat edir. Uorlik də bu narahatlığı əsas götürərək belə bəyanatlar verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB