1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb YENİLƏNİB

1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb YENİLƏNİB

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən toplantıda ilk olaraq iclasın gündəliyi təsdiq olunub

MSK sədri bildirib ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: "Qeydə alınan namizədlərin 263-ü siyasi partiyalar, 15-i "Azadlıq-2015" seçki bloku, 2-si təşəbbüs qrupu, 910-u isə fərdi qaydada irəli sürülüb.

İclasda, həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. MSK katibi Mikayıl Rəhimov dəyişikliklər haqqında ətraflı məlumat verib. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

MSK katibi Arifə Muxtarova tərəfindən isə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında məlumat verilib. İclasda Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun şikayətinə baxılıb. 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Ağasif Şakiroğlu MSK-ya şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeyri-qanuni olaraq namizədliyi qeydə alınmayıb. MSK-da A.Şakiroğlunun müraciətinə baxılıb və şikayəti təmin olunmayıb.

Sonda cari məsələlərə baxılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə