Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda ilk olaraq iclasın gündəliyi təsdiq olunub.
Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
MSK katibi Mikayıl Rəhimov dəyişikliklər haqqında ətraflı məlumat verib.
MSK katibi Arifə Muxtarova tərəfindən isə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında məlumat verilib və cari məsələlərə baxılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB