"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin partiya sədrliyindən və üzvlüyündən istefa verməsi ilə bağlı özü ictimaiyyətə açıqlama versə, daha yaxşı olar". Bu fikirləri SİA-ya partiyanın Mərkəzi Şurasının üzvü Əli Orucov Yusif Bağrzadənin sədrlik postundan gözlənilməz istefasına münasibətini bildirərkən deyib.
AMİP yetkilisi parlament seçkiləri ərəfəsində partiya sədrinin nəyə görə bu kimi addım atmasının səbəblərinin haradan və nədən qaynaqlandğından da xəbərsiz olduğunu bildirib. Onun fikrincə, yaxn vaxtlarda Yusif Bağırzadənin özü müəyyən açıqlama, yaxud da bəyanatla çıxş edəcək.
Əli Orucov siyasi-ictimai rəydə Yusif Bağırzadənin AMİP lideri Etibar Məmmədovla arasında olan narazılığa görə istefaya getməsi xəbərinin heç bir reallığı əks etdirmədiyini deyib. Mərkəzi Şuranın üzvü deyib ki, ümumiyyətlə, bu məsələdə AMİP liderinin adının hallanması olması tamamilə absurd fikirdir: "Çünki bu günə qədər heç vaxt Etibar Məmmədovla Yusif Bağırzadə arasında münaqişə olmayıb. Etibar Məmmədov partiyadaxili məsələlərə müdaxilə etməyib. Hər halda biz də çalışacağıq ki nə baş verdiyini dəqiqləşdirək. Hər halda sözügedən məsələyə Yusif Bağırzadə özü aydınlıq gətirməlidir. Bu daha düzgün olardı".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB