TÜRKPA müşahidəçiləri Qırğızıstanda seçkiləri izlədi

TÜRKPA müşahidəçiləri Qırğızıstanda seçkiləri izlədi

Qırğızıstan Parlamentinin dəvəti ilə TÜRKPA-nın müşahidəçi missiyası 4 oktyabr 2015-ci il tarixində Qırğızıstanda keçirilən parlament seçkilərini müşahidə edib. SİA-nın xəbərinə görə, missiya Milli Məclisin üzvü Nizami Cəfərovun rəhbərliyi ilə Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Serikjan Kanayev, Türkiyə Böyük Millət Məclisinin üzvü Erkan Aydın və TÜRKPA Baş Katibi Jandos Asanovdan ibarət olub.

Müşahidəçi qrupu seçkilərdə iştirak edən Sosial Demokratik Partiya, Bir Bol, Atameken, Respublika - Ata Yurt, Mərkəzi Seçki Komissiyasının Sədri cənab Tuyqunalı Abdraimov və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, eləcə də media təmsilçiləri ilə görüşüb.

TÜRKPA Beynəlxalq Müşahidəçilər missiyası Qırğızıstanda 4 oktyabr 2015-ci ildə keçirilən parlament seçkilərinin milli qanunvericiliyə və beynəlxalq demokratik standartlara uyğun olaraq keçirildiyi nəticəsinə gəlib.

Seçki müşahidəsinin nəticələrinə dair rəy TÜRKPA Katibliyi tərəfindən yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə