"Ümumiyyətlə, Azərbaycan demokratik bir ölkədir. Ölkəmizdə kifayət qədər də fərqli düşüncələrə sahib insanlar yaşayır. Bu insanlar dünyagörünüşünə, təhsil səviyyəsinə, eyni zamanda təhsil aldıqları məkana görə fərqlənirlər. Təbii ki, ölkəmizdə hər bir şəxsin də fikrini ifadə etmək azadlığı var. Bu, nə hökm, nə də ki, qanun sayıla bilməz". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Eldəniz Quliyevin iddialarına münasibət bildirərkən deyib.
Aparat rəhbərinin sözlərinə görə, heç bir şəxsin ifadə etdiyi fikri digərlərinə məcburi şəkildə qəbul etdirmək ixtiyarı yoxdur: "Bu, fikir plüralizminə ziddir. Amma ortada bir həqiqət də var ki, onu inkar etmək düzgün deyil. Ola bilər ki, E.Quliyev bu cür fikirləşsin, amma bu fikrini başqalarına zorla yeritmək ixtiyarı yoxdur. Zənnimcə, müxalifətin varlığı ilə bağlı artıq beynəlxalq aləmdə formalaşmış bir təsəvvür var. Bu təsəvvürə görə də Azərbaycandakı proseslərə yanaşsaq, ölkə siyasi səhnəsində müxalifət qüvvələrinin olduğu görünmür.
Amma mənim üçün qəribədir ki, niyə E.Quliyev AXCP-ni yeganə müxalifət partiyası hesab edir. Görünür burada hansısa şəxsi maraqlar ifadə olunur. Məsələn, Ədalət Partiyası ölkədə kifayət qədər tanınır və Azərbaycanda müxalif qüvvələrdən biridir. Hesab edirəm ki, bu, fərdi münasibətdir. Fərdi münasibətin ictimaiyyələşdirilməsi isə o qədər də yaxşı hal deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB