AXCP-nin qurultayı legitim olaraq tanınacaqmı?

Səbuhi Aslanbəyli: “ Əli Kərimli partiyanın nizamnamə və proqramını kobud şəkildə pozub”
AXCP-nin qurultayı legitim olaraq tanınacaqmı?

"Əli Kərimlinin keçirdiyi qurultay başdan aşağı qanun pozuntusu ilə keçirilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daxilindəki qanunsuzluqlar, özbaşnalıq, maliyyə şəffaflığının olmaması bu prosesə gətirib çıxardı". Bu fikirləri SİA-ya AXCP Etimad Qurultayı təşkilat komitəsinin sədr müavini Səbuhi Aslanbəyli deyib.

Onun sözlərinə görə, Əli Kərimlinin partiyanın nizamnamə və proqramını kobud şəkildə pozması bizə yaşıl işıq yandırdı: "Bütün bu pozuntular təşkilatımızın AXCP kimi tanınmasına imkan yaradır. Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayı təşkilatı artıq Ədliyyə Nazirliyinə müraciət edib və Əli Kərimli qanadının keçirdiyi qurultaydakı qanun pozuntularını bildirib".

Səbuhi Aslanbəyli qeyd edib ki, əgər Əli Kərimlinin qurultayı legitim olaraq tanınarsa, o zaman bu qanun pozuntusu olar: "Amma biz yenə də bu ehtimalı düşünmək istəmirik. Belə olduğu təqdirdə hər kəs Əli Kərimlinin kimlərnən, harada, hansı sövdələşmələrə getdiyinin şahidi olacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə