Oktyabrın 2-də Astara Pedaqoji Kollecində noyabrın 1-də ölkəmizdə Milli Məclisə keçiriləcək növbəti seçkilərlə bağlı ilk dəfə səs verəcək tələbə-gənclər üçün "Sənin səsin - sənin gələcəyin" mövzusunda tədbir keçirilib. Astara Rayon Gənclər və İdman İdarəsinin və 77 saylı Astara Dairə Seçki Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Aysel Cəbiyevanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, Astara Pedoqoji Kollecinin direktor vəzifəsini icra edən Elnur Dadaşov, 77 saylı Astara Dairə Seçki Komissiyasının katibi Güləsən Mirzəyev, Astara bələdiyyəsinin sədri Aygül Məmmədova və başqaları Milli Məclisə növbəti seçkilərlə bağlı Azərbaycan Seçki Məcəlləsinin müddəalarından irəli gələn vəzifələrdən danışaraq, seçkilərdə ilk dəfə səc verəcək tələbə-gəncləri fəal olmağa səsləyiblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB