Mübariz Əhmədoğlu: “ABŞ-ın dünyaya qarşı siyasəti pis olub” AÇIQLAMA
"ABŞ-da prezidentliyə namizəd Donald Trumpun prezident seçiləcəyi təqdirdə minlərlə miqrantı ölkədən qovacağı ilə bağlı səsləndirdiyi fikirlər, Qərbin siyasətinin mənəvi dəyərlərə söykənmədiyini, mənəvi dəyərləri tapdalayan bir siyasət olduğunu göstərir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, bütün bunlar sivilizasiyalararası mübarizədir: "Axı kimdir orada qaçqın? Guya, amerikalılar özləri yaxşıdır, qalan dünya pisdir. Əgər yerdə qalan bütün dünya pisdirsə, bəs o zaman niyə gedib Liviyada, Ərəb dünyasında, Suriyada, Əfqanıstanda demokratiya yaradırsınız? Əslində Amerika üçün əsas məcburi köçkün problemi meksikalılardır. Amma son vaxtlar bir qrup insanda Suriyadan ora gedib. Suriyalıların ABŞ-a getməsi Amerika siyasətçilərini hiddətləndirir. Əslində bu onu göstərir ki, nəinki bu vaxta kimi ABŞ-ın dünyaya qarşı siyasəti pis olub, hətta bundan sonra da elə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB