"Uzun müddətdir ki, Azərbaycan teleməkanında verilişlərin çox aşağı səviyyədə olması insanları narahat edirdi. Bizim bu məsələdə mövqeyimiz hər zaman ictimaiyyətə bəlli olub. Bununla bağlı dəfələlərlə televizya kanallarına tövsiyələrimizi vermişik, lakin çox təəssüf ki, heç bir ölçü götürülmür. Azərbaycan efirindəki sünilik, bayağılıq, şitlik, saxta ssenarilər, ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi insanların heysiyyətinə toxunulması, milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə olması ilə bağlı olan verilişlər aradan qaldırılmalıdır. Ona görə də Milli Televiziya və Radio Şurası bu addımı atdı". SİA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmli deyib.
O bildirib ki, ötən il MTRŞ-nın əsasnaməsində dəyişiklik olub və bu dəyişikliyiə əsasən, verilişlərin, ümumiyyətlə televiziya kanallarının lisenziyasının geri alınması ilə bağlı səlahiyyətlər Şuraya verilib: "Ona görə də biz bu addımları atırıq. Düşünürəm ki, doğru yoldayıq. Hər hansı televiziya kanalına qarşı indiyə qədər olan güzəşt limiti artıq bitib. Belə verilişlərin bağlanmasını davam etdirəcəyik. Bu məsələdə qətiyyətliyik".
N. Məhərrəmli verilişlərin reytinq məsələsinə toxunaraq bildirib ki, məsələ ilə bağlı hələlik çıxış yolu tapılmayıb: "Reytinq çox ciddi məsələdir və bunu ölçən təşkilatların işi şübhə doğurur. Biz bu məsələ ilə bağlı düşünürük. Rəqəmsal yayıma tam keçiddən sonra çox ciddi addımlar atacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB