YAP Daşkəsən rayon şöbəsində təbliğat kompaniyasına hazırlıq başlayıb
Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsində 9 oktyabrdan başlayacaq təbliğat kompaniyasına hazırlıqla bağlı müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, müşavirədə təbliğat kompaniyasının 3 mərhələdən ibarət təşkil olunması barədə qrafik müəyyənləşdirilib. Habelə yaradılmış mobil qrupların rəhbərlərinə bir sıra tövsiyə və tapşırıqlar verilib.
Nəzərə alınıb ki, rayonun bütün yaşayış məntəqələrində seçicilərlə səsvermə gününədək müntəzəm olaraq görüşlər keçirilsin. Əhalinin gur toplaşdığı və nəzərdə tutulmuş yerlərdə təşviqat materiallarının yerləşdirilməsi və paylanması işlərinin həyata keçirilməsi məqsədilə gənclərdən ibarət mobil qruplar yaradılıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB