Arzu Nağıyev: “Münaqişənin həlli tək AŞPA sədrindən asılı deyil" AÇIQLAMA

Arzu Nağıyev: “Münaqişənin həlli tək AŞPA sədrindən asılı deyil" AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni baş katibinin hər hansı bir müsbət nəticə əldə edəcəyi zamana bağlıdır. Yəni bu gün AŞPA nın yeni sədrinin fəaliyyəti haqqında mülahizə yürütmək bir az çətindir. Yeni seçilmiş ispaniyalı diplomat Pedro Aqramunt növbəti dövr üçün AŞPA sədri postuna seçilib". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, hazırkı sədr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan bir çox məruzələrin müəllifi olub: "Həmin məruzələrdə torpaqlarımızın 20 faizinin işğal olunması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti də öz əksini tapıb. Bundan başqa ərazi bütövlüyü ilə bağlı Pedro Aqramunt öz çıxışında dəfələrlə dəstək olduğunu, hətta Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə çıxardığı qərarda Ermənistanın Dağlıq Qarabağ və ona bitişik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistan yurisdiksiyası altında olduğunu təsdiq edib. Yəni, dövlətlərin ərazi bütövlüyü məsələsinə hörmət önəmli məsələ kimi daima onun çıxışlarında öz əksini tapıb.Təbii ki, bu mühüm bir amildir ki, problemi yaxından bilən bir şəxs belə bir vəzifəyə təyinat alıb. Buna baxmayaraq münasibətin əlbəttə dəyişməsi vacib məsələdir və təəssüf ki, bunun həlli tək AŞPA sədrindən asılı deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə